Elektro gitara nədir?
Elektro gitaranın səsi pikaplar vasitəsilə gücləndiriciyə ötürülür. Nazik simləri və rahat qolu sayəsində solo, bend və sürətli ifa daha asan olur.
Efekt pedalları ilə səsi istədiyin kimi dəyişmək mümkündür. Rok, blyuz, caz və pop musiqisində geniş istifadə olunur.
Kimlər üçün uyğundur?
- Rok və blyuz sevənlər
- Solo ifa etmək istəyənlər
- Akustik gitaranı bilib yeni səs axtaranlar
Ətraflı: uşaqlar üçün dərslər, onlayn format və sıfırdan başlamaq.
Elektro gitara dərsinin qiyməti
Qiymət dərsin keçirildiyi yerə görə dəyişir: müəllimin evində fərdi 270 ₼, qrup 225 ₼; onlayn fərdi 185 ₼ (onlayn qrup dərsi yoxdur); tələbənin evində qiymət məsafəyə görə dəyişir. Evdə dərslər Bakı və Sumqayıtda keçirilir. Ayda 8 dərs, hər dərs 60 dəqiqə. İlk sınaq dərsi ödənişsizdir.
Elektro gitara dərsinə nə lazımdır?
- Elektro gitara
- Gücləndirici (amp) və ya qulaqlıqla çalmaq üçün kiçik praktika gücləndiricisi
- Gitara kabeli və mediator
- İstəyə görə: efekt pedalları (sonrakı mərhələdə)
Alət seçimində kömək edirəm — hələ alətin yoxdursa, sınaq dərsində bu barədə danışaq.
Elektro gitara haqqında suallar
Elektro gitaraya birbaşa başlamaq olar?
Bəli. Nazik simləri və rahat qolu sayəsində elektro gitara ilə də sıfırdan başlamaq mümkündür. Hansı alətin sənə uyğun olduğunu ilk dərsdə birlikdə müəyyən edirik.
Evdə səs-küy yaratmadan məşq etmək olar?
Bəli, gücləndiriciyə qulaqlıq qoşaraq səssiz məşq etmək mümkündür.
Elektro gitara dərslərində nələr öyrədilir?
Mediator texnikası, power akkordlar və rifflər, pentatonik gamma ilə solo, bend, slide, vibrato və gücləndirici/efektlərlə işləmək.
Dərslər harada keçirilir?
Üç formatda: onlayn (video zənglə), tələbənin evində — Bakı və Sumqayıtda — və ya müəllimin evində. Formatı ilk sınaq dərsində birlikdə seçirik.


