gitarakurslari
Dərsə yazıl
İlk sınaq dərsi ödənişsizdirSuallar

Ən çox verilən suallar

Gitara dərsləri haqqında ən çox soruşulan 16 sualın cavabı bir yerdə.

01Gitara öyrənmək üçün əvvəlcədən musiqi təhsilim olmalıdır?+

Xeyr! Gitara dərslərinə başlamaq üçün əvvəlcədən musiqi təhsilinizin olması vacib deyil. Dərslər sıfırdan başlayanlar üçün də nəzərdə tutulub. Yeni başlayanlar üçün proqram.

02Gitara öyrənmək üçün yaş məhdudiyyəti varmı?+

Xeyr! Gitara öyrənmək üçün yaş məhdudiyyəti yoxdur. Həm uşaqlar, həm də böyüklər dərslərə qoşula bilərlər.

03Hansı musiqi alətləri üzrə dərslər keçirilir?+

Dərslər aşağıdakı alətlər üzrə keçirilir:

04Dərslər hansı formatlarda keçirilir?+

Tələbələrin rahatlığı üçün üç fərqli dərs formatı təklif olunur:

  • Onlayn dərslər
  • Tələbənin evində fərdi dərslər
  • Müəllimin evində fərdi dərslər
05Dərslər hansı dillərdə keçirilir?+

Dərslər Azərbaycan, rus və ingilis dillərində keçirilir.

06Gitara dərsləri fərdi keçirilir, yoxsa qrup şəklində?+

Hər iki format mövcuddur. Fərdi dərslər hər bir tələbəyə daha çox diqqət ayırmağa və onun öyrənmə sürətinə uyğun proqram qurmağa imkan verir. İstəyə görə 2–3 nəfərlik qrup dərsləri də təşkil olunur — bu, daha əlçatan qiymətli və motivasiyalı seçimdir.

07Gitara öyrənmək nə qədər vaxt aparır?+

Bu, tələbənin məşq tezliyindən, öyrənmə sürətindən və qarşıya qoyduğu məqsəddən asılıdır. İlk akkordları qısa müddətdə öyrənmək mümkündür. Peşəkar ifa bacarığı isə davamlı məşq tələb edir.

08Gitara dərsləri üçün öz alətim olmalıdır?+

Bəli, evdə müntəzəm məşq edə bilməyiniz üçün şəxsi musiqi alətinizin olması tövsiyə olunur. Alət seçimi ilə bağlı sizə kömək edə bilərəm.

09Dərsdə iştirak edə bilməsəm, ödənişim yanır?+

Xeyr! Dərsə əvvəlcədən razılaşdırılmış qaydada iştirak edə bilmədiyiniz halda, buraxılmış dərs növbəti dəfə əvəz edilir.

10Uşaqlar üçün gitara dərsləri keçirilirmi?+

Bəli! Uşaqların yaşına, maraqlarına və fərdi inkişaf səviyyəsinə uyğun tədris proqramı hazırlanır. Uşaq kursu haqqında ətraflı.

11Dərslərdə hansı mahnıları öyrənə bilərəm?+

Sevdiyiniz yerli və xarici mahnıları öyrənə bilərsiniz. Tədris proqramı musiqi zövqünüzə və məqsədlərinizə uyğunlaşdırılır.

12Dərslərdə not öyrənmək mütləqdirmi?+

Xeyr. Gitara tədrisinə akkordlar və praktiki məşqlərlə başlamaq mümkündür. İstəyə və tədris proqramına uyğun olaraq not və musiqi nəzəriyyəsi də öyrədilir.

13Dərslərə necə qeydiyyatdan keçə bilərəm?+

Saytdakı “Dərsə yazıl” düyməsi ilə WhatsApp-da yazaraq və ya Instagram (@guitarwithlala) vasitəsilə bizimlə əlaqə saxlayaraq dərslərə yazıla bilərsiniz.

14İlk dərs ödənişlidir?+

Xeyr! İlk sınaq dərsi ödənişsizdir. Bu dərsdə tanış olur, səviyyənizi və məqsədinizi müəyyən edirik — sonra davam edib-etməyəcəyinizə özünüz qərar verirsiniz.

15Gitara dərslərinə qoşulmaq üçün nə etməliyəm?+

Öyrənmək istəyiniz və motivasiyanız kifayətdir! Sizə uyğun dərs formatını seçin və musiqi yolculuğunuza başlayın.

16Dərslər hansı tədris metodikası əsasında keçirilir?+

Dərslər pedaqoji prinsiplərə və fərdi yanaşmaya əsaslanaraq təşkil olunur. Hər bir tələbənin yaşı, bilik səviyyəsi, öyrənmə sürəti və fərdi xüsusiyyətləri nəzərə alınır. Tədris prosesi sistemli, mərhələli və praktik məşğələlərlə həyata keçirilir. Məqsəd yalnız musiqi alətində ifa etməyi öyrətmək deyil, həm də tələbənin musiqi duyumunu, yaradıcılığını, diqqətini və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirməkdir.

17Dərslər hansı prinsiplər əsasında keçirilir?+

Dərslərdə əsaslandığım vacib pedaqoji prinsiplər:

  1. İcazəsiz toxunmuram.
  2. Onun əvəzinə qərar vermirəm.
  3. Onunla kiçik insan kimi deyil, şəxsiyyət kimi davranıram.
  4. Səhv etdiyinə görə danlamıram.
  5. Onu başqa şagirdlərlə müqayisə etmirəm.
  6. Məcbur etmirəm, motivasiya edirəm.
  7. Hisslərini nəzərə alıram.
  8. Tərif edərkən konkret oluram.
  9. Mənim üçün əsas məqsəd yalnız gitara çalmağı öyrətmək deyil.
Hər prinsip haqqında ətraflı
İlk sınaq dərsi ödənişsizdir

Hazırsan? İlk dərsə yaz.

Bütün detalları WhatsApp-da birlikdə dəqiqləşdirək.

Dərsə yazılMüəllimlə əlaqə
Dərsə yazıl