gitarakurslari
Dərsə yazıl
İlk sınaq dərsi ödənişsizdirAlət · 04

Bas gitara

Musiqinin ritmi və təməli — qrupun ürəyi.

4 qalın simDərin səsGücləndirici ilə
Alət haqqında

Bas gitara nədir?

Bas gitara adətən 4 qalın simdən ibarətdir və adi gitaradan bir oktava aşağı səslənir. Nağara ilə birlikdə mahnının ritm və harmoniya təməlini yaradır.

Gücləndirici ilə çalınır. Pop, rok, funk və caz — demək olar ki, bütün janrlarda əsas rol oynayır.

Kimlər üçün uyğundur?

  • Ritm hissi güclü olanlar
  • Qrupda çalmaq istəyənlər
  • Funk, rok və caz sevənlər

Ətraflı: uşaqlar üçün dərslər, onlayn format və sıfırdan başlamaq.

Dərs proqramı

Dərslərdə nə öyrənəcəksən?

Proqram səviyyənə və məqsədinə görə fərdi qurulur. Dərslərin video qeydləri səninlə paylaşılır.

  1. 01Barmaqla və mediatorla ifa
  2. 02Ritm və groove
  3. 03Bas xətləri qurmaq
  4. 04Gammalar və arpecio
  5. 05Slap texnikasının əsasları
  6. 06Sevimli mahnılara bas xətti
Qiymət

Bas gitara dərsinin qiyməti

Qiymət dərsin keçirildiyi yerə görə dəyişir: müəllimin evində fərdi 270 ₼, qrup 225 ₼; onlayn fərdi 185 ₼ (onlayn qrup dərsi yoxdur); tələbənin evində qiymət məsafəyə görə dəyişir. Evdə dərslər Bakı və Sumqayıtda keçirilir. Ayda 8 dərs, hər dərs 60 dəqiqə. İlk sınaq dərsi ödənişsizdir.

Fərdi dərs185–270 ₼ / ay
Qrup dərsi225 ₼ / ay, hər tələbə
Dəqiq qiyməti soruş
Hazırlıq

Bas gitara dərsinə nə lazımdır?

  • Bas gitara (adətən 4 simli)
  • Bas gücləndiricisi və ya qulaqlıqla çalmaq üçün praktika gücləndiricisi
  • Gitara kabeli
  • İstəyə görə: mediator

Alət seçimində kömək edirəm — hələ alətin yoxdursa, sınaq dərsində bu barədə danışaq.

Suallar

Bas gitara haqqında suallar

Bas gitara üçün əvvəlcə adi gitara öyrənmək lazımdır?

Xeyr. Bas gitara ayrıca alətdir və birbaşa onunla başlamaq olar.

Bas gitara dərslərində nə öyrənəcəyəm?

Barmaqla və mediatorla ifa, ritm və groove, bas xətləri qurmaq, gammalar və arpecio, slap texnikasının əsasları və sevimli mahnılara bas xətti.

Bas gitara kimlər üçün uyğundur?

Ritm hissi güclü olanlar, qrupda çalmaq istəyənlər, funk, rok və caz sevənlər üçün.

Dərslər harada keçirilir?

Üç formatda: onlayn (video zənglə), tələbənin evində — Bakı və Sumqayıtda — və ya müəllimin evində. Formatı ilk sınaq dərsində birlikdə seçirik.

Bloq

Faydalı yazılar

Bütün yazılar
Gitaranın standart kökü: altı simin adları Mi, Lya, Re, Sol, Si, Mi
Texnika

Gitara necə köklənir: standart kök və addım-addım üsullar

Altı simin adı, tuner tətbiqi ilə və qulaqla kökləmə, kökün tez qaçmasının səbəbləri.

Oxu →
Evdə divanda oturub akustik gitara çalan adam
Məşq

Evdə gündə 20 dəqiqə: düzgün məşq planı

Az vaxtla daha sürətli irəliləmək üçün sadə qaydalar.

Oxu →
Digər alətlər

Başqa aləti də kəşf et

Bütün alətlər
Klassik gitara
Akustik gitara
Elektro gitara
Ukulele
İlk sınaq dərsi ödənişsizdir

Bas gitara çalmağa bu gün başla.

Sınaq dərsi üçün WhatsApp-da yaz — səviyyəni və sənə uyğun vaxtı birlikdə seçək.

Və ya formu doldur — müəllim özü səninlə əlaqə saxlasın.

Dərsə yazıl