Dərslərimizdən anlar
Fərdi gitara dərsi necə keçir?
Fərdi dərsdə bütün vaxt sənə ayrılır. Müəllim səhvini dərhal görür, tempi və proqramı sənə uyğunlaşdırır. Sevdiyin mahnılarla, öz məqsədinə doğru irəliləyirsən və heç kimlə müqayisə olunmursan.
Dərs iki yerdə keçə bilər. Birincisi, sənin evində: Bakı və Sumqayıtda müəllim özü gəlir və sən yola vaxt itirmirsən, qiymət məsafəyə görə dəyişir. İkincisi, müəllimin evində: sakit mühitdə, ayda 220–270 ₼. Evdən çıxmadan öyrənmək istəsən, onlayn fərdi format da var: 150–185 ₼.
Kimlər üçün uyğundur?
- Övladı üçün evdə, tanış mühitdə dərs istəyən valideynlər
- Öz evində rahat öyrənmək istəyən xanımlar
- Tam diqqətlə, öz tempi ilə irəliləmək istəyənlər
- Yol vaxtına qənaət etmək istəyənlər
Evdə dərs necə təşkil olunur?
- WhatsApp-da ünvanını və rahat vaxtını yazırsan
- İlk sınaq dərsində tanış oluruq, səviyyəni və məqsədini müəyyən edirik
- Ayda 8 dərs keçirilir, hər dərs 60 dəqiqədir. Vaxtı birlikdə seçirik
- Buraxılan dərs əvvəlcədən razılaşdırılmış qaydada əvəzlənir
Tələbənin evindəki dərsin qiyməti məsafəyə görə dəyişə bilər. Ünvanını yaz, dəqiq qiyməti birlikdə müəyyənləşdirək.
Fərdi gitara dərsləri — qiymət
Qiymət alətə və dərsin keçirildiyi yerə görə dəyişir (onlayn, tələbənin evində, müəllimin evində). Ayda 8 dərs, hər dərs 60 dəqiqə. İlk sınaq dərsi ödənişsizdir. Bütün qiymətlərə bax.
Müəllim evə gəlir?
Bəli. Bakı və Sumqayıtda dərs tələbənin evində keçirilə bilər. Qiymət məsafəyə görə dəyişir, ünvanı yazsan dəqiq məbləği deyirəm.
Fərdi gitara dərsinin qiyməti nə qədərdir?
Ayda 8 dərs üçün: müəllimin evində 220–270 ₼, onlayn 150–185 ₼ (alətə görə). Tələbənin evində qiymət məsafəyə görə dəyişir.
Fərdi, yoxsa qrup dərsi seçməli?
Fərdi dərs tempi tamamilə sənə uyğunlaşdırır. 2–3 nəfərlik qrup dərsi daha əlçatandır və birlikdə çalmaq motivasiya verir.
Dərslər hansı dillərdə keçirilir?
Dərslər Azərbaycan, rus və ingilis dillərində keçirilir.
Evdə dərs üçün öz gitaram olmalıdır?
Bəli, evdə müntəzəm məşq etmək üçün öz alətinin olması tövsiyə olunur. Alət seçməkdə kömək edirəm.
İlk dərs ödənişlidir?
Xeyr, ilk sınaq dərsi ödənişsizdir. Bu dərsdə tanış oluruq, səviyyəni və məqsədini müəyyən edirik.


