gitarakurslari
Dərsə yazıl
İlk sınaq dərsi ödənişsizdirUşaqlar üçün

Uşaqlar üçün gitara kursu

Uşağın yaşına, marağına və tempinə uyğun fərdi gitara dərsləri — Bakı və Sumqayıtda evdə və ya onlayn.

Yaş məhdudiyyəti yoxdurKiçik ölçülü alətlərİlk sınaq dərsi ödənişsiz
Instagram

Dərslərimizdən anlar

Bütün videolar Instagram-da · @guitarwithlala
Uşaqlar üçün

Uşaqlar üçün gitara dərsləri necə qurulur?

Uşaq gitara dərslərinə başlamaq üçün yaş həddi yoxdur. Vacib olan alətin uşağın əlinə uyğun olması və dərsin onun tempində keçməsidir. Hazır olub-olmadığını ən yaxşı marağı göstərir: uşaq qısa müddət bir işə diqqət yetirə bilirsə, başlamaq olar.

Kiçik yaşlı uşaqlarla dərs oyun və qısa tapşırıqlarla gedir, yaş artdıqca texnika və nəzəriyyə yavaş-yavaş əlavə olunur. Hər uşaq üçün proqram yaşına, marağına və səviyyəsinə görə ayrıca hazırlanır.

Hansı uşaq üçün uyğundur?

  • Musiqi təhsili olmayan, sıfırdan başlayan uşaqlar
  • Ukulele və ya kiçik ölçülü klassik gitara (1/2, 3/4) ilə başlamaq istəyənlər
  • Sevdiyi mahnıları çalmaq istəyən uşaqlar
  • Valideyni üçün rahat format axtaranlar: evdə, müəllimin evində və ya onlayn
Dərs proqramı

İlk dərslərdə nə öyrənilir?

İlk dərsdə uşaqla tanış oluruq, marağını və səviyyəsini müəyyən edirik. Sonra mərhələ-mərhələ davam edirik.

  1. 01Düzgün oturuş və alətin tutulması
  2. 02Simlərin adları
  3. 03İlk sadə melodiyalar
  4. 04Əsas akkordlar və sevdiyi mahnılar
  5. 05Musiqi duyumu və ritm hissi
  6. 06Özünə inamın artması və musiqiyə sevgi
Valideynlər üçün

Dərslərdə uşağa necə yanaşılır?

  • Məcbur etmirəm, motivasiya edirəm.
  • Səhv etdiyinə görə danlamıram.
  • Onu başqa şagirdlərlə müqayisə etmirəm.
  • Onunla kiçik insan kimi deyil, şəxsiyyət kimi davranıram.
  • Tərif edərkən konkret oluram.
  • Hisslərini nəzərə alıram.

Evdə dəstək üçün: qısa, amma müntəzəm məşqə sakit vaxt ayırın, kiçik irəliləyişləri tərifləyin və aləti əlçatan yerdə saxlayın.

Qiymət

Uşaqlar üçün gitara kursu — qiymət

Qiymət alətə və dərsin keçirildiyi yerə görə dəyişir (onlayn, tələbənin evində, müəllimin evində). Ayda 8 dərs, hər dərs 60 dəqiqə. İlk sınaq dərsi ödənişsizdir. Bütün qiymətlərə bax.

Fərdi dərs150–270 ₼ / ay
Qrup dərsi175–225 ₼ / ay, hər tələbə
Dəqiq qiyməti soruş
Suallar

Tez-tez verilən suallar

Başqa sualın var? Bütün suallara bax.

Uşaq gitara dərslərinə neçə yaşından başlaya bilər?

Gitara öyrənmək üçün yaş məhdudiyyəti yoxdur. Əsas göstərici uşağın marağı və diqqətini qısa müddət bir işə yönəldə bilməsidir. Kiçik yaşlarda dərslər oyun elementləri ilə qurulur.

Uşaq üçün hansı alət uyğundur?

Kiçik əllər üçün ukulele və ya kiçik ölçülü klassik gitara (1/2, 3/4) rahatdır. Akustik və elektro gitara adətən bir az böyük yaşda, əllər möhkəmləndikdən sonra daha uyğundur. Alət seçimində kömək edirəm.

Uşağın musiqi təhsili yoxdur, problem deyil?

Xeyr. Dərslər sıfırdan başlayanlar üçün də nəzərdə tutulub, proqram uşağın yaşına və səviyyəsinə görə qurulur.

Fərdi, yoxsa qrup dərsi seçməli?

Fərdi dərs uşağın tempinə tam uyğunlaşır. 2–3 nəfərlik qrup dərsləri isə daha əlçatan qiymətlidir və yoldaşlarla birlikdə çalmaq motivasiya verir.

Uşaq dərsə qatıla bilməsə, ödəniş yanır?

Xeyr. Dərsə əvvəlcədən razılaşdırılmış qaydada qatıla bilmədiyiniz halda, buraxılmış dərs növbəti dəfə əvəz edilir.

Uşağım üçün ilk dərs ödənişlidirmi?

Xeyr, ilk sınaq dərsi ödənişsizdir. Tanış olduqdan sonra davam edib-etməyəcəyinizə özünüz qərar verirsiniz.

Bloq

Faydalı yazılar

Bütün yazılar
Müəllim uşaqlarla ukulele çalır
Uşaqlar

Uşaqlar üçün gitara dərsləri: nə vaxt başlamaq olar?

Uşağın yaşı, aləti və ilk dərslər — valideynlər üçün qısa bələdçi.

Oxu →
Gitara kursu seçimi üçün yoxlama siyahısı: müəllim, format, proqram, qiymət
Kurs seçimi

Bakıda gitara kursu necə seçilir: 8 meyar

Müəllim, format, proqram və qiymət — kursları düzgün müqayisə etmək üçün yoxlama siyahısı.

Oxu →
Gitara mağazasında rəflərdə düzülmüş akustik gitaralar
Başlanğıc

İlk gitaranı necə seçməli?

Akustik, klassik və ya elektro — başlayanlar üçün seçim bələdçisi.

Oxu →
Digər seçimlər

Sənə uyğun olanı seç

Uşağın evdən çıxmadan öyrənməsi üçünonlayn gitara dərsləriGitara ilə ilk dəfə tanış olanlar üçünsıfırdan başlayanlar üçün proqram4 simUkulele dərsləri6 neylon simKlassik gitara dərsləri
İlk sınaq dərsi ödənişsizdir

Uşağın üçün ilk dərsi sına.

Sınaq dərsi üçün WhatsApp-da yaz — uşağın yaşına və marağına uyğun vaxtı birlikdə seçək.

Dərsə yazılMüəllimlə əlaqə

Və ya formu doldur — müəllim özü səninlə əlaqə saxlasın.

Dərsə yazıl