gitarakurslari
Dərsə yazıl
İlk sınaq dərsi ödənişsizdirAlət · 02

Akustik gitara

Pop, rok və mahnı müşayiəti üçün ən populyar seçim.

6 metal simParlaq, gur səsGücləndirici lazım deyil
Alət haqqında

Akustik gitara nədir?

Akustik gitara metal simli alətdir və klassik gitaraya nisbətən daha parlaq, gur səs verir. Qolu daha nazikdir.

Mahnı oxuyarkən müşayiət, pop, rok və folk musiqisi üçün ən çox seçilən gitaradır.

Kimlər üçün uyğundur?

  • Sevdiyi mahnıları oxuyub çalmaq istəyənlər
  • Pop və rok musiqisini sevənlər
  • Klassik gitaradan sonra növbəti addım atmaq istəyənlər

Ətraflı: uşaqlar üçün dərslər, onlayn format və sıfırdan başlamaq.

Dərs proqramı

Dərslərdə nə öyrənəcəksən?

Proqram səviyyənə və məqsədinə görə fərdi qurulur. Dərslərin video qeydləri səninlə paylaşılır.

  1. 01Akkordlar və akkord keçidləri
  2. 02Ritm və müşayiət (strumming)
  3. 03Barre akkordları
  4. 04Arpecio texnikası
  5. 05Solo ifanın əsasları
  6. 06Sevimli mahnıların ifası
Qiymət

Akustik gitara dərsinin qiyməti

Qiymət dərsin keçirildiyi yerə görə dəyişir: müəllimin evində fərdi 220 ₼, qrup 175 ₼; onlayn fərdi 150 ₼ (onlayn qrup dərsi yoxdur); tələbənin evində qiymət məsafəyə görə dəyişir. Evdə dərslər Bakı və Sumqayıtda keçirilir. Ayda 8 dərs, hər dərs 60 dəqiqə. İlk sınaq dərsi ödənişsizdir.

Fərdi dərs150–220 ₼ / ay
Qrup dərsi175 ₼ / ay, hər tələbə
Dəqiq qiyməti soruş
Hazırlıq

Akustik gitara dərsinə nə lazımdır?

  • Akustik (metal simli) gitara — boyuna uyğun ölçüdə
  • Mediator (pəna) — ritm və müşayiət üçün
  • Kapo — mahnını səsinə uyğun tonda çalmaq üçün
  • Kökləyici (tuner) və ehtiyat metal simlər

Alət seçimində kömək edirəm — hələ alətin yoxdursa, sınaq dərsində bu barədə danışaq.

Suallar

Akustik gitara haqqında suallar

Akustik gitarada ilk mahnını nə vaxt çala bilərəm?

Bu, məşq tezliyindən asılıdır. Bir neçə əsas akkord və sadə ritm öyrənəndən sonra sevdiyin mahnının sadə variantını çalmağa başlamaq olur.

Metal simlər barmaqları ağrıdırmı?

İlk həftələrdə barmaq uclarında ağrı normaldır, müntəzəm məşqlə dəri bərkiyir. Qısa, amma hər gün məşq etmək kömək edir.

Mahnı oxuyarkən çalmağı da öyrədirsiniz?

Bəli. Akustik gitara dərslərində ritm və müşayiət (strumming) əsas mövzulardandır — məqsəd sevdiyin mahnıları oxuyaraq çalmaqdır.

Dərslər harada keçirilir?

Üç formatda: onlayn (video zənglə), tələbənin evində — Bakı və Sumqayıtda — və ya müəllimin evində. Formatı ilk sınaq dərsində birlikdə seçirik.

Bloq

Faydalı yazılar

Bütün yazılar
Gitara öyrənmək üçün gec deyil: akustik gitara illüstrasiyası
Motivasiya

Gitara öyrənmək üçün gec deyil: “yaşım keçib” deyənlərə 7 cavab

Not bilmirəm, vaxtım yoxdur, barmaqlarım ağrıyar: başlamağa mane olan 7 qorxu və onlara dürüst cavablar.

Oxu →
Gitaranın standart kökü: altı simin adları Mi, Lya, Re, Sol, Si, Mi
Texnika

Gitara necə köklənir: standart kök və addım-addım üsullar

Altı simin adı, tuner tətbiqi ilə və qulaqla kökləmə, kökün tez qaçmasının səbəbləri.

Oxu →
Gitara mağazasında rəflərdə düzülmüş akustik gitaralar
Başlanğıc

İlk gitaranı necə seçməli?

Akustik, klassik və ya elektro — başlayanlar üçün seçim bələdçisi.

Oxu →
Digər alətlər

Başqa aləti də kəşf et

Bütün alətlər
Klassik gitara
Elektro gitara
Bas gitara
Ukulele
İlk sınaq dərsi ödənişsizdir

Akustik gitara çalmağa bu gün başla.

Sınaq dərsi üçün WhatsApp-da yaz — səviyyəni və sənə uyğun vaxtı birlikdə seçək.

Və ya formu doldur — müəllim özü səninlə əlaqə saxlasın.

Dərsə yazıl