Dərslərimizdən anlar
Gitara dərslərinin aylıq qiyməti
Ayda 8 dərs, hər dərs 60 dəqiqə. Əvvəlcə dərsin harada olacağını seç.
| Alət | Fərdimüəllimlə təkbətək | Qrup2–3 nəfər, hər tələbə üçün |
|---|---|---|
| Klassik gitara | 220 ₼ / ay | 175 ₼ / ay |
| Akustik gitara | 220 ₼ / ay | 175 ₼ / ay |
| Elektro gitara | 270 ₼ / ay | 225 ₼ / ay |
| Bas gitara | 270 ₼ / ay | 225 ₼ / ay |
| Ukulele | 235 ₼ / ay | 200 ₼ / ay |
Qiymətlər ayda 8 dərs üçündür. Qrup dərsində qiymət hər tələbə üçündür.
WhatsApp-da yazAkustik gitara
Elektro gitara
Bas gitara
Ukulele
Qiymətlər ayda 8 dərs üçündür. Qrup dərsində qiymət hər tələbə üçündür.
Qiymət nəyi əhatə edir?
Bu, təcrübəli müəllimlə fərdi qurulan proqramın qiymətidir. Aşağıda aylıq məbləğin nəyə görə belə olduğunu görə bilərsən.
- Aylıq paket = 8 ayrı dərsHər dərs 60 dəqiqədir. Qiymət tək dərsin deyil, bütün ayın paketinin qiymətidir.
- 6 ildən artıq tədris təcrübəsi150-dən çox tələbə ilə iş təcrübəsi: uşaqlar, yeniyetmələr və böyüklər.
- Musiqi təhsili və pedaqoji ixtisas9 illik pianino təhsili və pedaqoji ixtisas dərsdə həm musiqi biliyini, həm də düzgün izah metodikasını verir.
- Hər tələbəyə fərdi proqramProqram hazır şablonla yox, sənin səviyyənə, məqsədinə və sevdiyin mahnılara görə qurulur.
- Dərslərin video qeydiDərsi evdə təkrar izləyib məşq edə bilərsən.
- Üç dildə dərsAzərbaycan, rus və ingilis dillərində. Dil qiymətə təsir etmir.
Rahat, sürətli və nəticəyönümlü.
Vaxtına qənaət et
Yolda vaxt itirmə — müəllim sənin evinə gəlir. Dərs öz rahat mühitində keçir.
Qısa müddətdə nəticə
Fərdi yanaşma və aydın plan sayəsində ilk mahnılarını tez çalmağa başlayırsan.
Dərslərin video qeydi
Dərslərin video qeydləri səninlə paylaşılır — evdə istədiyin vaxt təkrar baxıb məşq edə bilərsən.
Uşaqlar və xanımlar üçün — istənilən səviyyədə.
Səviyyələr
Başlanğıc
Gitaranı heç vaxt əlinə almamısan? İlk akkordlar, ritm və sevdiyin sadə mahnılarla başlayırıq.
Orta
Bir neçə akkord bilirsən, amma irəliləyə bilmirsən? Barre akkordları, ritm variasiyaları və texnika üzərində işləyirik.
İrəli
Solo, improvizasiya və musiqi nəzəriyyəsi — öz üslubunu tapmaq istəyənlər üçün.
Övladın üçün uşaqlar üçün gitara kursu, evdən çıxmadan öyrənmək üçün onlayn dərslər, başlanğıc üçün isə yeni başlayanlar üçün proqram, müəllimin evinə gəlməsi üçün isə evdə fərdi gitara dərsləri səhifələrinə bax.
Hansı aləti çalmaq istəyirsən?
Beş alət üzrə dərs keçirilir. Qiymət alətə görə dəyişə bilər — seçdiyin alət üçün dəqiq qiyməti soruş.
Bütün alətlər haqqındaSəni kim öyrədəcək?
Tələbələr və valideynlər nə deyir?
“Qızım gitara dərslərinə başlayanda simlərin adlarını belə bilmirdi. İlk olaraq gitara ilə tanış oldu, daha sonra sadə melodiyalar və akkordlar öyrənməyə başladı. Əvvəl barmaqlarını simlərə düzgün yerləşdirməkdə çətinlik çəkirdi, amma məşqlər nəticəsində xeyli irəlilədi. Lalə müəllimənin uşaqlarla səbirli davranması və dərsləri maraqlı keçməsi bizi çox sevindirir.”
“Uzun müddət gitara öyrənmək istəyirdim, amma hər dəfə yaşımı və vaxtımın azlığını bəhanə edirdim. Nəhayət, Lalə müəllimənin dərslərinə başladım. Hər şeyi sıfırdan, rahat və anlaşıqlı şəkildə öyrənirik. Artıq özümə sevdiyim mahnıları ifa etmək üçün inanıram.”
“Oğlumun musiqiyə marağı var idi, amma heç bir musiqi təhsili almamışdı. Lalə müəllimə əvvəlcə əsas musiqi anlayışlarını, akkordları və ritmləri öyrətdi. İndi akkordlar arasında keçid etməyi, ritm saxlamağı və sadə mahnıları ifa etməyi bacarır. Ən çox xoşumuza gələn odur ki, öyrəndiklərini evdə də müstəqil məşq edir.”
“30 yaşımda gitara öyrənməyə başlamağın gec olduğunu düşünürdüm. Amma Lalə müəllimə göstərdi ki, öyrənmək üçün yaş məhdudiyyəti yoxdur. Dərslər çox maraqlı keçir, hər dərsdə yeni nəsə öyrənirəm. Kaş daha əvvəl başlasaydım!”
“Qızım gitara öyrənməyi çox istəyirdi. Dərslərdə həm nəzəri, həm də praktiki biliklər əldə edir. Akkordların düzgün səsləndirilməsi, ritm və arpejio üzərində işləyir. Əvvəllər iki akkord arasında keçid etməkdə çətinlik çəkirdi, indi isə daha rahat ifa edir. Müəllimin hər mövzunu mərhələli şəkildə öyrətməsini çox bəyənirik.”
“45 yaşımda gitara öyrənəcəyim heç ağlıma gəlməzdi. Əvvəlcə barmaqlarımın simlərə uyğunlaşa bilməyəcəyindən narahat idim. Lalə müəllimənin səbirlə izah etməsi və fərdi yanaşması sayəsində bu qorxumu aşdım. İndi gitara mənim üçün sadəcə musiqi aləti deyil, həm də gözəl bir istirahət vasitəsidir.”
“Qızım gitara öyrənməyə başlayanda musiqi nəzəriyyəsi haqqında demək olar ki, heç nə bilmirdi. Hazırda akkordların quruluşunu, ritm ölçülərini, arpejio və müxtəlif ifa texnikalarını öyrənir. Ən sevindirici tərəfi isə artıq bəzi mahnıları notlara və hazır videolara baxmadan, öz yaddaşı və bacarığı ilə ifa etməyə çalışmasıdır. Dərslərin pedaqoji prinsiplərə əsaslanması və fərdi yanaşma bizi çox qane edir.”
Gitara haqqında faydalı yazılar
Gitara öyrənmək üçün əvvəlcədən musiqi təhsilim olmalıdır?+
Xeyr! Gitara dərslərinə başlamaq üçün əvvəlcədən musiqi təhsilinizin olması vacib deyil. Dərslər sıfırdan başlayanlar üçün də nəzərdə tutulub.
Gitara öyrənmək üçün yaş məhdudiyyəti varmı?+
Xeyr! Gitara öyrənmək üçün yaş məhdudiyyəti yoxdur. Həm uşaqlar, həm də böyüklər dərslərə qoşula bilərlər.
Hansı musiqi alətləri üzrə dərslər keçirilir?+
Dərslər aşağıdakı alətlər üzrə keçirilir:
Dərslər hansı formatlarda keçirilir?+
Tələbələrin rahatlığı üçün üç fərqli dərs formatı təklif olunur:
- Onlayn dərslər
- Tələbənin evində fərdi dərslər
- Müəllimin evində fərdi dərslər



